• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 852
— 29.01.2024 08:52

Azərbaycanın daha bir cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb

KepezTV Player

Cüdoçumuz Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə uğurlu çıxış edib. 90 kq çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda görüşdə israilli Quy Qurevitçə qalib gələrək bürünc medal əldə edib. Eyni çəkidəki Vüqar Talıbov və Uşanqi Kokauri mükafat qazana bilməyiblər. daha əvvəl Turan Bayramov, Kamran Süleymanov, Səid Mollayi bürünc, Yaşar Nəcəfov gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub.