• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 16.01.2024 15:29

Sexdəki yanğında ölənlərin sayı 8-ə çatıb

Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb. Bu barədə qurumdan bildirilib. Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3 nəfər sağ çıxarılıb, ümumilikdə 24 nəfər xəsarət alıb, 8 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.
Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır. Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.