• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 21.12.2023 19:50

İki maşın toqquşub, ölən və xəsarət alanlar var

KepezTV Player

Hacıqabulda ağır yol qəzası olub. Hadisə rayonun Muğan kəndində qeydə alınıb. “Toyota Prado” markalı avtomibillə “QAZel” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb. Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib. Hadisə yerinə cəlb edilən FHN əməkdaşları avtomobildə sıxılmış halda qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.