Stres orqanizmin çətin, yaxud təhlükəli vəziyyətlərə qarşı durmaq üçün təbii reaksiyasıdır. Reaksiya beyində başlayır. Müsbət stres insanı dərhal hərəkətə keçməyə, yaxud reaksiya verməyə təşviq edir. Müəyyən dərəcədə stres insana məqsədlərinə çatmağa, yaxud işini daha yaxşı görməyə, məsələn, imtahan vaxtı, iş müsahibəsində, idmanla bağlı tədbirdə daha uğurlu nəticə əldə etməyə kömək edə bilər.
Tənzilə Məmmədova- həkim: “Gündəlik həyatımızda elə hər şey streslə əlaqədardır. Həm iş yerində, həm həyatda. Bunlar hamısı həyatda bir stres yaradırlar. Streslə bizə müraciət edirlər, o da başağrısına gətirib çıxarır, qan təzyiqinin qalxmasına, müəyyən xəstəliklərə çıxarır. Bunlar depresiyaya düşürlər. Nevrotik hallar əmələ gəlir, özlərində panik ataklar yaradırlar”.
Düzdür, stres hər kəsə eyni cür təsir etmir, lakin bu, müxtəlif cür xəstəliklərə yol aça bilər. Stres bədənin, demək olar ki, bütün orqanlarına təsir edir. Keçirdiyimiz sorğuda insanların gündəlik həyatlarında fərqli stres yaşadıqlarının şahidi olduq.
Məsud Vəliyev- şəhər sakini: Doğrusu, stres var. Çünki heç xoşagəlimli hal deyil. Müxtəlif səbəblərdən bütün ailələrdə stres ola bilər. Stresdən də şəkər xəstəliyi yaranır, belə şeylər olur stresdən”.
Əli Əhmədov- şəhər sakini: “Mən bir tələbə olaraq, streslər çəkirik. İmtahanlardır yaxınlaşır, ev kirayəsi. İndi də qızılca yayılıb. Ona yoluxmamaqdan ötrü çalışırıq özümüzü izolyasiya edək. Stresdən yaranan səbəblər budur ki saç tökülməsi, insan əsəbləşir, sinirlənir, insanın danışıq tərzi pozulmasıdır”.
Nazo Cəfərova- şəhər sakini: “Stres bu dəqiqə bütün insanlarda var. Uşaqların stresi, işlə bağlı, həyatla bağlı. Hal-hazırdakı dövrümüzdə stres yaşantı tərzimiz olub. Getdikcə bu müharibələr filan, insanlara pis təsir edir”.
Elvin Əkbərov- şəhər sakini: “Bir tələbə olaraq imtahan stresi, dərs stresi bunları çəkirik. İmtahanlarda bir az stres olur, imtahan qabağı qiymətlərin yaxşı olmağı ümidi bunlar stres verir”.
Milena Əhmədova- şəhər sakini: “Gündəlik həyatlarda olan streslərdən biri imtahanlardır. İmtahanlar yaxınlaşır. Artıq semestr gəlir, sərbəst işlər verməliyik. Ancaq hələlik dərs həyatımda olan bir şeylərdir onlardan əziyyət çəkirəm, onldardan stres yaşayıram. Stresdən uzaq durmaq üçün özlərinə daha çox vaxt ayırmalıdırlar ki stresdən uzaq dursunlar”.
Lakin stres uzun sürərsə, şiddətli və ya xroniki olarsa, insan orqanizminə zərər yetirə bilər. Orqanizm mütəmadi olaraq öz gücünü səfərbər edərsə, yaxud həmişə bu vəziyyətdə olarsa, bunun insana emosional, fiziki və əqli zərəri dəyə bilər.
Sona Davudova- psixoloq: “Stres normal olaraq bədənin bir xəbərdarlıq siqnalıdır. Baş verən narahatlığa qarşı bir xəbərdarlıq siqnalıdır və bu xəbərdarlıq siqnalı özünü müəyyən fiziki, bədənsəl, düşüncədə və başqa digər əlamətlərlə, simptomlarla göstərə bilir. İnsanın iştahı, yuxusu, qidalanma rejimi, hər bir şeyi bu narahatlığa uyğun olaraq dəyişə bilir. Təbii ki bu, validenlərdə də baş verir. Xüsusən də övladlarına qarşı həssas olan insanlarda, daha əvvəldən həyəcan, təşviş problemi kimi problem olan insanlarda da bu stresə qarşı davamlılığı daha da aşağı düşməyə başlayır, insanların gərginlik, təşviş səviyyəsi yüksəlməyə başlayır. Eləcə də stres bizim bədənimizin yaşadığı gərginliklərə, travmalara qarşı artıq bizə qorumaq üçün göndərdiyi bir siqnaldır və bu siqnala mütləq şəkildə geri dönüş eləmək lazımdır ki, gələcəkdə hər hansı başqa fiziki və psixi xəstəliklərdən əziyyət çəkməyək”.
Hər birimiz vətəndaş mövqeyində dayanaraq şəxsi məsuliyyət daşımalı, yeni həyatın reallığını dərk edərək həyat tərzimizi dəyişməli, həyata, özümüzə və başqalarına münasibətlərimizə daha ciddi yanaşmalıyıq. Şəxsi resurslarımızdan istifadə edərək həyata fəal, pozitiv, optimist, real münasibət bəsləyərək stresdən yan keçə bilərik.
Pərvin Abbaszadə
- Baxış: 243