![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/silah_112.jpg?itok=XDMoi5rn)
Əvvəllər məhkum olunan şəxsdən silah götürüldü. Mingəçevirdə silahlı şəxs saxlanılıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Eldəniz Əliyevin üzərinə baxış zamanı "Makarov" markalı tapança və 2 ədəd patron aşkar edilib. Dindirmə zamanı saxlanılan şəxs üzərində gəzdirdiyi silahın özünə məxsus olduğunu bildirib. Eldəniz Əliyev əvvələr narkotik vasitələrdən istifadəyə görə məhkumluq həyatı yaşayıb, cəmi 6 ay öncə azadlığa çıxıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 613