KepezTV Player
Bu gün Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə keçirilib. O, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilir. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Məhkəmə prosesində zərərçəkən şəxslər dindiriliblər. İş üzrə zərərçəkən kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Məhkəmənin növbəti iclası oktyabrın 25-də keçiriləcək.
- Baxış: 224