Deyəsən Rusiyada yaxın gələcəkdə iş yerləri azalacaq. Buna səbəb robot-kassirin peyda olmasıdır. Xanıma bənzədilən android sifarişləri və ödənişləri qəbul edə bilir. O, Rusiyanın iki şəhərində yorğun satıcıları əvəzləyəcək. Süni intellektin animasiyalı gözləri üz və səsi ayırd edir, ekranla isə ödənişləri həyata keçirir. Alfa Robotiks şirkətinin hazırladığı bu dəmir kassir Teremok restoranlar şəbəkəsi tərəfindən sifariş olunub. Maşının düzəlməsinə 7 ay vaxt sərf edilib. Robot kassirin görünüşü də qeyri-adi alınıb: gözləri daim oynayan alçaqboylu əzələli qadın. Buna səbəb isə üzləri tanımaq həmişə göz-kameralarının fəaliyyətdə olmasıdır. O, həmçinin hansısa təamı və içkini də təklif etmək qabiliyyətindədir. Robot vasitəsilə qida da sifariş etmək mümkündür. Onunla hətta musiqidən, havadan, heyvanlarda da söhbət eləmək olar. Model rəsmi olaraq KIKI 315 adını alsa da hər kəs onu Marusya adlandırır. Artıq Sankt-Peterburqda robot-kassirin sınaqlarına başlanılıb. Marusiyanın qiyməti barədə isə hələlik açıqlama verilmir.
- Baxış: 530