Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının verdiyi anti-Azərbaycan bəyanatını şiddətlə qınayırıq. Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib ki, sənəd qərəzlidir, sülhə mane olur və Ermənistanın törətdiyi müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə haqq qazandırır. "Qayıdış hüququnu ancaq Qarabağ ermənilərinə şamil etməklə və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnu inkar etməklə Avropa İttifaqı azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyini açıq şəkildə göstərib.", - deyə bəyanatda qeyd edilib. İcma digər bəyanatında Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatını qatı anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirdiyini qeyd edib. "Təşkilatın baş katibinin İrəvanda verdiyi son açıqlamalar narahatlıq doğurur. Qarabağda erməni mədəni irsinin qorunmasının vacibliyini qabardan baş katibin Ermənistanda Azərbaycan xalqına mənsub olan mədəni irsin acınacaqlı vəziyyətinə toxunmaması qərəz və ikili standartların təzahürüdür.”, - deyə Qərbi Azərbaycan İcmasından bildirilib.
- Baxış: 203