Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər. İş üzrə zərərçəkən kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Məhəmməd Zeynalov- zərərçəkən: “Özü gördünüz, məni tanıdı. Tanıdı ki, səninlə birlikdə çörək də yemişik. Vaqif Xaçaturyan onların başçısı idi. Tək Vaqif deyildi, çoxları var idi. Vahid də, qardaşı Qurgen də onunla bir yerdə idi. Valyo vardı, o da ordaydı”.
Bayram Hacıyev- zərərçəkən: “Mənim əmimoğlunu qardaşımla bir yerdə -qardaşım polis işçisi idi, mən müdafiə dəstəsində idim. Qardaşımla bir yerdə güllələmişdilər UAZ-da. Əmim oğlu polis idi, o da iki qılçını güllələmişdilər. Gəldi ki, Vaqif vurub”.
Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.
Vaqif Xaçaturyan iyulun 29-da Ermənistan ərazisinə keçmək istəyən zaman "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.
- Baxış: 229