KepezTV Player
Biləsuvar şəhərində yaşayış evlərinin birindən məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini T.Şatanov və bir nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayon ərazisindəki daha 2 yaşayış evindən oğurluq etdikləri də müəyyən edilib. Oğurlanan əşyalar onların gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 229