KepezTV Player
Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Azərbaycan onları Qarabağdakı evlərinə qayıtmağa cəsarətləndirir. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib. XİN rəhbərinin müavini diqqətə çatdırıb ki, Azərbaycan etnik ermənilərin və etnik azərbaycanlıların dinc şəkildə yanaşı yaşadığı öz çoxmillətli icmasını qorumaq istəyir. Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.
- Baxış: 242