Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə daha 22 ailə - 59 nəfər köçürülüb. Ailələr Füzulidə yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da şəhərdə 187 ailənin, yəni, 661 nəfərin daimi məskunlaşması təmin edilir.
Allahverdi Kazımov - Füzuli sakini: "41 yaşında ordan çıxmışıq, indi 72 yaşım var. Mən deyirdim ki, mənim heç nəvəm-nəticəm də bunu görməyəcək- geri qayıdışı. Şükür Allaha ki, biz indi geri qayıdırıq. Öz doğma torpağımıza, yurdumuza, elimizə qayıdırıq".
Qumru Səlimova - Füzuli sakini: "Sevincim, tək mənim sevincim yox, burdakıların sevinci yox bütün dünyada yaşayan, 5 qitədə yaşayan bütün azərbaycanlıların sevincidi".
Səma Vəliyeva - Füzuli sakini: "Mən ordan gələndə 19 yaşımda gəlmişəm. İndi də şükür bu günümə, nəvələrimlə, övladlarımla gedirəm. Neçə gündür ki. bizə xəbər veriblər ki, siz evinizə qayıdırsınız biz gecələr də yata bilmirik ki, şükür bu günümüzə ki, biz evimizə qayıdırıq".
Ülkər Süleymanova - Füzuli sakini: "Qarabağı görən hər bir kəs heç bir yerdə yaşamaz, ancaq Qarabağda yaşayar. Mən ordan çıxmışdım 30 yaşımda, indi gedirəm 63 yaşımda. 6 nəfər çıxmışdıq. İndi 20-25 nəfər varıq".
Ailələr Füzulidə yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da şəhərdə 187 ailənin, yəni, 661 nəfərin daimi məskunlaşması təmin edilib.
- Baxış: 226