• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 09.10.2023 19:30

Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib

KepezTV Player

Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti təmin edilməyib. Onun vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti təmin etməyib.