"Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 5-də Avropa Siyasi İcmasının Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb. Nazirlikdən qeyd olunub ki, Fransa Prezidentinin Qranadada Azərbaycan və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir. Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yaymasının dövlət başçısına yaraşmayan yanaşma olduğu vurğulanıb. Xarici İşlər Nazirliyinin şərhində Fransanın ədalətli vasitəçilikdən danışması məsələsinə də toxunulub.
- Baxış: 143