• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1117
— 06.10.2023 13:22

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatı qəbul edib

KepezTV Player

"Milli Məclis Avropa Parlamentinin qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur". Bu fikirlər Milli Məclisin Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatında yer alıb. Qeyd olunub ki, qətnamə Fransa hökumətinin təhriki ilə əksəriyyəti bu ölkədən olan anti-Azərbaycan, islamofob deputatların saxta məlumatları əsasında hazırlanıb. Avropa Parlamentinin bu addımı onun ikili standartlara əsaslandığının növbəti bariz nümunəsi olub, məsələlərə selektiv yanaşdığını sübut edir. Məhz bu cür qərəzli və obyektivlikdən uzaq fəaliyyəti ilə Avropa Parlamenti öz nüfuzuna sarsıdıcı zərbə endirir, erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin əlində oyuncağa çevrildiyini göstərir.