Dünyada artan əhali sayı və iqlim dəyişikliyi fonunda təbii ehtiyatların azalması kənd təsərrüfatı sahəsində elmin və innovasiyaların inkişafının əhəmiyyətini artırır. Burada təkcə, məhsuldarlığın artırılmasından söhbət getmir, həm də biomüxtəlifliyi artıran ekoloji təmiz təcrübələrdən, zərərvericilərin yayılmasının proqnozlaşdırılmasından, suvarmanın optimallaşdırılmasında və quraqlığa davamlı məhsulların yetişdirilməsindən gedir. Azərbaycan Dövlət Aqrar Universitetində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birlikdə reallaşan forumda bu barədə danışılıb. “Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların Rolu” mövzusundakı beynəlxalq tədbirdə ölkəmizdə aqrar sahədə innovasiyaların tətbiqinin dövlət tərəfindən dəstəkləndiyi vurğulanıb. İnnovativ texnologiyaların tətbiqi hesabına ənənəvi əkinçilikdən innovativ əkinçiliyə qədəm qoyulduğuna diqqət çəkilib.
Zəfər Qurbanov ADAU-nun rektoru: "Forumun keçirilməsində məqsəq elm mə innovasiyanın aqrar sahəyə inteqrasiyasının perspektivlərini müzakirə etmək və eyni zamanda bu sahədə gələcək innovativ layihələri müzakirə etməkdən ibarətdir və hesab edirəm ki, bugünkü konfrans ali məktəbimiz və eyni zamanda aqrar sahə üçün mühüm əhəmiyyət kəsb edir".
- Baxış: 224