![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Google%202%20yeni%20mehsul%20%20teqdim%20edecek.jpg?itok=wTE2fe7Q)
Google şirkəti 4 oktyabr tarixində Google Pixel 8 smartfon seriyasını təqdim edəcək. Lakin sözügedən smartfon seriyası şirkətin yeganə yeni məhsulu olmayacaq. Belə ki, Google Pixel 8 smartfonları ilə yanaşı şirkət həmçinin Pixel Watch 2 smart saatını da təqdim edəcək. Məlumata görə, Pixel Watch 2 modeli xarici görünüşcə keçən il təqdim edilmiş Pixel Watch-a bənzəyəcək. Yeni smartfon minimalistik dizaynı əldə edəcək və onun gövdəsi dairəvi formada olacaq. Smart saat özündə iki ədəd idarəetmə düyməsini birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Pixel Watch 2 smart saatı 384x384 piksel keyfiyyətli 1.2 düym OLED ekran ilə təchiz olunacaq və Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Pixel Watch 2-nin 306 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.
- Baxış: 364