KepezTV Player
Bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin, gələn ildə isə 4 kəndin layihələndirilməsi işlərinin aparılması planlaşdırılır Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclasında deyib. Onun sözlərinə görə, Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ərazi minalardan təmizlənib. Bu il isə yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 hektar sahənin təmizlənməsi nəzərdə tutulub. Rayonda 2026-cı ilədək 3450 evin tikilərək istismara verilməsi nəzərdə tutulur. Bütövlükdə ilki 2024-cü ildə olmaqla, Kəlbəcər şəhərinə 5268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12534 nəfər əhalinin köçürülməsi planlaşdırılır.
- Baxış: 266