• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 29.08.2023 12:04

"Tik-Tok"da "kreditə qızıl satılır" adı altında kibercinayət törədən dəstə üzvləri saxlanılıb

KepezTV Player

Sosial şəbəkədə "kreditə qızıl satılır" adı altında kibercinayət törədən dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə DİN əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də "kreditə qızıl satılır" başlığı adı altında xüsusən "Tik-Tok" sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır. Sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri, əvvəllər məhkum olunmuşlar - 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci il təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. 

Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. "Elvin Həsənov, Loğman Zayidov, Ceyhun Kərimov və Kənan Bədirlinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.