Hər bir mexaniki nəqliyyat vasitəsinin sahibi öz mülki məsuliyyətini sığorta etdirməlidir. Yəni hər hansı bir sığorta şirkəti ilə müqavilə bağlayaraq, avtomobilinin icbari sığorta şəhadətnaməsi əldə olunmalıdır. Avtomobillərin icbari sığortası haqqında qanuna isə bəzi dəyişikliklər edilib. Edilən bu dəyişikliklər nə kimi əhəmiyyət daşıyır və yaxud da bunun üstünlükləri hansılardır? Bunu qarşıdakı süjetdən öyrənəcəyik.
İcbari sığorta Azərbaycan Respublikasının İcbari Sığortalar haqqında qanunu ilə tənzimlənir. İcbari sığorta zamanı qeyd olunmuş şəhadətnamədə tərəflər arasında öhdəliklər açıq-aşkar təqdim edilir. İcbari sığorta şəhadətnaməsinin alınması isə sənədlərin faydalanan tərəfə həmin gün sığorta olunan günü qrup halında olduqda isə 3 iş günü ərzində təqdim edilməlidir. Əgər mexaniki nəqliyyat vasitəsinin istifadə edilməsi prosesində ziyan dəyərsə, həmin dəymiş ziyanın qarşılığında maddi məsuliyyətin limitləşdirilmiş bir qismini sığorta şirkətləri ödəyir. Limit də ondan ibarətdir ki, bir sığorta hadisəsində maksimum ödəniş 5 min manatdır.
Yeni qaydalara görə, zərərçəkənin sığorta ödənişi onun müqavilə bağladığı sığorta şirkəti tərəfindən ödənilir. Belə olan halda isə təqsirli sürücünün növbəti ildən sığorta ödənişi artacaq. Sığorta şirkətləri hadisə zamanı öz müştərisinə sığorta hadisələrinin tənzimlənməsində xidmət göstərəcək. Bununla da sürücü ilə şirkət arasında olan süründürməçilik, eləcə də yubanmalar aradan qalxır.
Qaydalara görə, yol nəqliyyat hadisəsi zamanı zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertlər də hadisə yerinə cəlb oluna bilər. Bununla bağlı qanunvericilikdə heç bir qadağa yoxdur. Qaydaları pozan sığorta şirkətlərinə müəyyən sanksiyalar tətbiq oluna bilər.
Elnur Vahidoğlu
- Baxış: 883