Cəlilabadda ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb. Qidaya yararsız 1 tondan artıq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb.
Polis əməkdaşları Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.
Tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız ölü at ətinin mal əti adı altında satışını təşkil edən rayon sakini Ağalar Mənsimov saxlanılıb.
Ağalar Mənsimovun Cəlilabad rayonunun Suluçeşmə kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 1 tondan artıq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 526