Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İbrahim Hacılı kənd sakini Elnur Zeynalovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikilidə xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 17 kq 100 qram olan 63 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa davam etdirilən tədbirlərlə şübhəli şəxsin evində 300 qram çəkidə qurudulmuş marixuana da saxlaması müəyyən edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını bir müddət əvvəl əkdiyini etiraf edib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 463