Qazaxda müştəri restoran sahibini bıçaqlayıb. Hadisə rayonun Xanlıqlar kəndinin ərazisində olan restoranda baş verib. Belə ki, bir qrup şəxs yeyib-içdikləri zaman yüksəkdən danışaraq, nalayiq ifadələr işlədərək söyüş söyüb. Restoran sahibi onlara yaxınlaşaraq ətrafda qonaqların olması haqda xəbərdarlıq edib, lakin spirtli içki qəbul edən müştərilər buna məhəl qoymayıblar. Nəticədə mübahisə yaranıb. Bu mübahisə sonda restoranın inzibatçısı, rayonun Cərli kənd sakini - 41 yaşlı Sənan Omarovun döş qəfəsindən bıçaqlanması ilə nəticələnib. Hadisəni törətməkdə şübhəli bilinən Qazax rayonu, Ağköynək kənd sakini 39 yaşlı Əfqan Vəliyev saxlanılıb. DİN-in Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı təsdiqləyərək qeyd edib ki, hazırda hadisənin hansı zəmində baş verməsi istiqamətində araşdırma aparılır. Xəstəxanadan yaralının səhəti iə bağlı hər hansı məlumat almaq mümkün olmasa da, yaxınları Sənan Omarovun əməliyyat olunduğunu bildiriblər.
- Baxış: 540