Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçirib. Avtomobildə konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə, dayanma-durma və s. qayda pozuntularına yol verilən sürücülər barəsində qanuna müvafiq tədbir görülüb. Kobud qayda pozuntularına yol verən 30-a yaxın şəxs barəsində inzibati qaydada tədbir görülüb, bir neçə avtomobilin istismarı dayandırılaraq duracağa təmin edilib.
“Mercedes” markalı avtomobilin sürücüsü Eyvaz Namazov da yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Tibbi müayinə zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunub, barəsində tərtib olunan protokol baxılması üçün məhkəməyə göndərilib.
Aqşin İsmayılovunsa özünə məxsus “VAZ” markalı avtomobillə dövlət qeydiyyat nişanını gizlədərək toy karvanında avtoxuliqanlıq etdiyi və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşdığı məlum olub. Şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.
Fərid Mehdiyev
- Baxış: 580