Samux sakini yanıq xəsarətləri alıb. Hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb. Yas mərasimində 1952-ci il təvəllüdlü Faiq Bəşirovun üzərinə isti su ilə dolu samovar aşıb. O, bədəninin müxtəlif hissəsinin yanığı diaqnozu ilə Gəncədə xəstəxanaya yerləşdirib. Tibbi yardımdan sonra vəziyyətinin kafi olduğu bildirilir.
- Baxış: 386