![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/sirket%20rehberleri-42%20suni%20zeka%20sivilzya%20mehv.jpg?itok=PufYZ34Y)
Böyük texnoloji şirkətlərin rəhbərləri arasında aparılmış sorğu nəticəsində məlum olub ki, rəhbərlərin 42%-i yaxın onilliklərdə süni zəkanın insan sivilizasiyasını məhv edəcəyi ehtimalına inanır. Aparılmış sorğuda biznesin müxtəlif sahələrindən olan 119 nəfər rəhbər iştirak edib. Onların arasında Walmart-ın CEO-su Doug McMillon, Coca-Cola-nın CEO-su James Quincy, Xerox, Zoom şirkətlərinin və o cümlədən əczaçılıq, media və istehsalat şirkətlərinin rəhbərləri olub.
Rəhbərlərin 34%-i qeyd edib ki, süni zəka artıq 10 ildən sonra insan sivilizasiyasını potensial olaraq məhv edə bilər. Rəhbərlərin 8%-nin fikrincə bu, 5 ildən sonra baş verə bilər. Onların 58%-i isə əmindir ki, bu cür ehtimal ümumiyyətlə heç zaman baş verməyəcək və onlar bu məsələdə narahat deyillər. Bununla yanaşı rəhbərlərin 42%-nin fikrincə süni zəka ilə bağlı potensial təhlükələr olduqca şişirdilib.
- Baxış: 505