KepezTV Player
Bu gün 1988-ci il təvəllüdlü Şəhla Bayramova və 1989-cu il təvəllüdlü Ramin İmanovun xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla Ramin İmanovun Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yaşayış evində Şəhla Bayramovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Bir müddət öncə boşanan, 10 gün əvvəlsə yenidən barışan cütlüyün 3 övladı var. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Fərid Mehdiyev
- Baxış: 426