Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə ümumtəhsil məktəblərinin Samuxdakı Heydər Əliyev mərkəzi ilə birgə hazırladığı “Azərbaycan mənim həyatımın mənasıdır!” adlı filmin təqdimatı olub. Filmdə Ulu öndər Heydər Əliyevin Azərbaycanın gənclərinin mükəmməl təhsil, təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi üçün müstəsna xidmətləri öz əksini tapıb. Ümummilli Liderin uşaq hüquqlarının qorunması və onların qayğı ilə əhatə olunması üzrə dövlət siyasətinin Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Təqdimat mərasimində çıxış edənlər Heydər Əliyevin Azərbaycan naminə, ölkəmizin inkişafı yolunda gördüyü misilsiz işlər barədə danışıblar. Samux rayon Təhsil sektoru tərəfindən Heydər Əliyev İli çərçivəsində həyata keçiriləcək tədbirlər barədə iştirakçılara məlumat verilib.
- Baxış: 265