Gələn ilin yanvarın 1-dən etibarən vergi ödəyicilərinin şəxsi elektron kabinetlərindən istifadə etmək imkanı yalnız gücləndirilmiş elektron imza vasitəsi ilə mümkün olacaq. Bu yeniliyin tətbiqinin məqsədi ödəyicilərin fərdi və sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumatlarının təhlükəsizliyinin və məxfiliyinin daha etibarlı qorunmasıdır. Bu səbəbdən vergi ödəyiciləri elektron kabinetlərdən istifadə etmək, “Əmək müqaviləsi Bildirişi”ni qeydiyyata almaq, elektron qaimə-faktura göndərmək, bəyannamə və hesabatları təqdim etmək, vergi orqanı tərəfindən göstərilən sənədlərlə tanış omaq üçün “asan imza” və ya “E imza” əldə etməlidir. Gücləndilmiş elektron imza vasitələrinin əldə edilməsi ilə bağlı asanimza.az saytından ətraflı məlumat almaq mümkündür.
- Baxış: 169