• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 712
— 01.06.2023 12:15

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar bacarıqlarını nümayiş etdiriblər

KepezTV Player

Gəncədə Azərbaycana Birgə Yardım, yəni UAFA-nın təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların tədbiri baş tutub. Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin layihəsindən yararlanan bu kateqoriyadan olan uşaqlar mili rəqslər, mahnılar, müxtəlif idman hərəkətləri ilə çıxış ediblər. Onların arasında əqli gerilik, Daun sindromlu, hiperaktiv, eşitmə, nitq və davranış çətinlikləri olan uşaqlar olub.

Rəzalə Abbasova- Gəncə İƏR mərkəzinin rəhbəri: “Bildiyiniz kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür və UAFA təşkilatı kimi biz də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün demək olar ki, hər il bu tədbiri həyata keçiririk və burda uşaqlar öz bacarıqlarını göstərirlər. Çünki bu uşaqlar üçün reabilitasiyadan əvvəl, həm də onların cəmiyyətə inteqrasiyası ən vacib hallardan biridir. Bu gün uşaqlar gördüyünüz kimi həm Heydər Əliyevin ilinə həsr olunmuş bir nömrə göstərdilər, bundan əlavə öz maksimal bacarıqlarını nəzərə alaraq “Xudayarın Təsnifi” kiçik tamaşasını göstərdilər”.

Esmira Həsənova- valideyn: “Mən də bir xüsusi uşaq anası kimi bu tədbirdə iştrak edirəm. Biz 1 iyun - Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbirdə bizim uşaqlar üçün şərait yaradan UAFA ictimai təşkilatına, bütün təşkilatlara öz təşəkkürümüzü bildiririk ki, onlar bizim uşaqlar üçün - xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şərait yaradırlar ki, onlar cəmiyyətə inteqrasiya oluna bilsinlər. Yenə də bir valideyn kimi təşkilatların sayəsində öz sevincimizi, öz kədərimizi paylaşırıq”.