• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1882
— 26.05.2023 11:04

Asteroid qurşağındakı kometada su aşkarlanıb

James Webb kosmik teleksopu Mars ilə Yupiter arasında yerləşən asteroid qurşağındakı kometanın ətrafında su buxarı aşkar edib. Bu isə öz növbəsində Yer kürəsində suyun kometalar vasitəsilə yarandığı fərziyyəsini daha da inandırıcı hala gətirir. Teleskopun kometa ətrafında su buxarını aşkar etməsi həmçinin erkən Günəş sistemində suyun asteroid qurşağında buz şəklində qala biləcəyini də sərgiləyir. Asteroid qurşağının məhz asteroid qurşağı adlanmasına baxmayaraq həmin kosmik sahədə qazdan və tozdan ibarət olan quyruğu periodik olaraq sərgiləyən obyektlər də mövcuddur. Bir neçə müddət bundan öncə həmin obyektlər kometalar sinifinə daxil edilmişdi.

238P/Read adlı obyekt asteroid qurşağında bu sinifə daxil olan 3 əsas obyektdən biridir. Daha əvvəllər hesab edilirdi ki, bütün kometalar ya Neptundan uzaqda yerləşən Koyper qurşağında ya da Oort buludunda formalaşırlar. Kometanın Günəşə yaxınlaşan zaman buxarlanan buz materialı kometanın əldə etdiyi quyruqdur. Məhz həmin quyruq sayəsində kometalar asteroidlərdən fərqlənirlər. Uzun müddət ərzində alimlər güman edirdilər ki, su buzu Yupiterin orbiti daxilində yerləşən və daha isti temperatura sahib asteroid qurşağında mövcud ola bilər. Lakin bunu təcrübi şəklində yalnız James Webb kosmik teleskopu vasitəsilə sübut etmək mümkün olub. James Webb vasitəsilə 238P/Read adlı kometanın müşahidəsi onu göstərib ki, erkən Günəş sistemində olmuş su buzu asteroid qurşağında mövcud ola bilər.