Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb. Konsulluqda bu gün səhər saat 09:00-dan etibarən seçki məntəqəsi açılıb. Seçkidə 5 nəfərdən ibarət seçki komissiyasının nümayəndə heyəti xidmət göstərir, həmçinin siyasi partiyaların müşahidəçiləri onlar üçün ayrılan uyğun bir yerdən seçkinin gedişatını müşahidə edirlər. Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Ümumilikdə ölkəmizdə olan 11 minə yaxın türk vətəndaşının səsvermədə iştirakı gözlənilir. Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00- dək davam edəcək. Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq.
- Baxış: 268