Biz bizim olana, haqqımız olana sahib çıxırıq. Təbii ki, qanunlar çərçivəsində. Ermənistan isə bu qanunlar qarşısında nə qədər aciz olduğunu hay-küyü ilə biruzə verir. Bir də içindəki hirsi-hikkəni bayraqlardan çıxmaqla. İrəvanada qondarma erməni soyqırımı münasibətilə yürüşə hazırlıq zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb.
Daha bir erməni təxribatının şahidi olduq. İrəvanın mərkəzi küçələrində Azərbaycan və Türkiyə bayraqları yandırıldı. Hadisə qondarma erməni soyqırımı münasibətilə yürüşə hazırlıq zamanı baş verdi. Elə ilk dəqiqələrdə iştirakçılar planlaşdırılmış şəkildə iki ölkənin dövlət rəmzlərinə od vurdular. Siyasi şərhçilər deyir ki, bu hadisə erməni cəmiyyətindəki Azərbaycana və Türkiyəyə olan nifrətin göstəricisidir. Ermənilər bu hərəkətləri ilə saxta soyqırımlarına diqqət çəkmək istəyirlər.
İsmail Cingöz- Siyasi şərhçi: “Azərbaycan bayrağına edilən bu çirkin hücum da 24 apreldən əvvəl olması ilə diqqət çəkir. Erməni diasporasının da bu işdə barmağının olduğu unudulmamalıdır. Hər 24 aprel yaxınlaşanda bütün dünyanın gözləri “erməni soyqırım” yalanlarına çevrilməkdədir. Bir çox Avropa ölkəsinin, Amerikanın “erməni soyqırımı” mərasimlərinə qatılaraq, bu yalanlara ortaq olduğunu görürük”.
Rəsmi İrəvan milli ədavət və düşmənçiliyi qızışdırmaq məqsədi daşıyan bu cür əməllərə qarşı bir tədbir görmür. Başqa sözlə desək, nifrət cinayətlərinin qarşısı alınmır. Ona görə də belə cinayətlərin sayı artır. Yeganə Hacıyeva- siyasi şərhçi: “Bayrağın yandırılması ilə, İrəvan özünün mahiyyəti, əslində terrorizm və vandalizm olan xarici siyasətinin növbəti dəfə təzahürünü biruzə edib, göstərib. Əslində, bu, elə Ermənistanın adi günlərdə də Azərbaycan və Türkiyə bayraqlarını yandırması, sadəcə diqqəti bu dəfə həm də o çəkib ki, Ermənistan-Azərbaycan sərhədində Azərbaycan konstitusiyasının tələb etdiyi şərtləri formalaşdırıb və Laçın dəhlizinin girişində nəzarət, yəni yolun şəffaflığını təmin edib”.
Bu ölkədə dövlət rəmzlərinə qarşı hörmətsizlik ilk belə hal deyil. Ermənistanın iki qardaş ölkəyə qarşı təxribat xarakterli hərəkətləri son vaxtlar tez-tez baş verir. Aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı ictimaiyyət qarşısında yandırıldı. Bundan sonra isə Azərbaycan və Türkiyə bayraqlarının parçalanmış halda görüntüləri yayıldı. Ekpsertlər bu kimi hərəkətləri ermənilərin təkcə Azərbaycan və Türkiyəyə deyil, həm də ümumbəşəri dəyərlərə hörmətsizliyi kimi qiymətləndirir. Beynəlxlaq ictimaiyyət isə bu barbarlıqların qarşısında ağzına su alıb susur.
Azad Mustafayev
- Baxış: 303