KepezTV Player
Yol humanitar məqsədlər üçün açıqdır)) Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 131 gündür davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiyanın keçirilməsinə baxmayaraq Şuşadan keçən yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə hər dəfə şərait yaradılır. Bu bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır.
- Baxış: 314