Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən "Heydər Əliyev" ili çərçivəsində "Heydər Əliyevin milli dövlətçilik ideyaları" mövzusunda konfrans keçirilib. Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız üçün müstəsna xidmətlərindən danışılib. Azərbaycanın dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilməsi, ən əsası işğalda olan torpaqlarımızın azad edilməsi istiqamətində görülən işlərin təməlinin məhz ümummilli lider tərəfindən qoyulduğu vurğulanıb. Heydər Əliyevin Azərbaycana rəbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətin inkişafına, xalqın adət-ənənələrinin zənginləşməsinə çalışdığına diqqət çəkilib. Tədbirdə ulu önədrə həsr edilən videoçarx nümayiş etdirildikdən sonra YAP sıralarına üzv olan Kəlbəcər sakinlərinə partiya biletləri təqdim edilib.
- Baxış: 305