• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1198
— 18.04.2023 15:54

Başlıbel sakinləri kəndi ziyarət ediblər

KepezTV Player

18 aprel 1993-cü il. Tariximizə Başlıbel faciəsinin yaşandığı daha bir qanlı səhifə. Ermənilərin dinc, günahsız uşaqları, qocaları qəddarlıqla qətilə yetirdiyi gün. 30 il keçməsinə baxmıyaraq o günün dəhşətlərini unuda bilməyənlərin tək təsəllisi torpaqlarımız işğaldan azad edilməsidir. 

Düz 30 il bundan öncə ermənilərin Kəlbəcər rayonun Başlıbel kəndi yaxınlığında törətdikləri qətliamı yaşıyan ailələrdən biri də Əhmədovlar ailəsidir. Aprelin 2-də ermənilərin Kəlbəcəri işğal etməsindən sonra ailənin bütün üzvləri digərhəm kəndliləri ilə birlikdə Başlıbel yaxınlığındakı kahada gizlənir. Ermənilərin mühasirəsində yaşıyan həmkəndlilər gecə-gündüz buradan çıxmağın yolunu axtarsalar da buna nail ola bilmirlər. Ermənilər onların yerini bilərək kahanı güllə-boran edir. Niyyət Əhmədovun anası, bacısı, yeznəsi və yeznəsinin qardaşı güllələnir.
Bu gün həmin ailə və digər soydaşlarımız ata-baba yurdları olan Kəlbəcər rayonunun Başlıbel kəndinə yaxınlarının şəhid olduğu yerlərə gedirlər. 30 il bundan öncə şəhid olan yaxınlarının qəbirlərini ziyarət edirlər. İndi onların tək təsəllisi yurd-yuvaları azad görməkdir. Bütün bunlara isə düşünülmüş siyasət, güclü ordumuzun sayəsəində nail olunub.

Elnur Vahidoğlu