![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/redmi.jpg?itok=tYYDkRMQ)
Fevral ayının sonunda “Redmi” brendi smartfonlar üçün nəzərdə tutulmuş 300 vatt gücündə yüksək sürətli şarj texnologiyasını təqdim etmişdi. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder öz bloqunda “Redmi 300W” qısa yazısını dərc edib. Bir çoxlarının fikirlərinə əsasən bu qısa yazı 300 vatt gücündə yüksək sürətli şarj texnologiyasının yaxın zamanda işıq üzü görəcəyinə işarə edir. Əgər bu məlumat təsdiqlənsə sözügedən yüksək sürətli şarj texnologiyasına sahib şarj adapteri 4100 mAh enerji tutumlu batareyanı 5 dəqiqə ərzində 100% enerji ilə təmin edə bilər. Bu yüksək sürətli şarj texnologiyasının dəstəyini ilk olaraq əldə edəcək smartfon modeli barəsində heç bir məlumat yoxdur.
- Baxış: 483