Yaşadığımız Ramazan ayında Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. Şəhər rəhbərliyi, millət vəkilləri, Türkiyənin Gəncədəki Baş Konsulunun da iştirak etdiyi mərasimdə ölkəmizdə milli dəyərlərə hörmətin, tolerantlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkilib. Dövlət-din münasibətlərindəki strateji kursun bu gün də uğurla davam etdirildiyi vurğulanıb. Qazanılan şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyatın yenidən dirçəldiyi, tarixi-mədəni irsimizin, ibadət yerlərimizin bərpa olunduğuna diqqət çəkilib. Qarabağ torpağında qan tökərək onu düşməndən azad edən qəhrəmanların fədakarlığından danışılıb, onların hər cür qayğı və sosial dəstək tədbirləri ilə əhatə olunduğu bildirilib. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi qiymətləndirilib. Daha sonra dualar edilib, müqəddəs ayın fəzilətləri barədə söhbətlər açılıb.
- Baxış: 162