"Azərbaycanın İsraildə səfirliyinin açılması tarixi hadisədir. Bu çox zəruri və vacib idi". Millət vəkili Naqif Həmzəyev Kəpəz televiziyasına açıqlamasında bildirib ki, münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün lazımlı addım atılıb. Bundan sonra iki ölkə arasında əlaqələr bütün sahələrdə ən yüksək səviyyədə qurulacaq.
Uzun illərdir ki, xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu önə çəkən millət vəkili qeyd edib ki, Azərbaycan müstəqilik əldə etdikdən sonra İsrailin Bakıda səfirliyi açılıb. Bu illər ərzində Azərbaycan səfirliyinin İsraildə fəaliyyətə başlamamasının isə müəyyən obyektiv və subyektiv səbəbləri olub. Bununla belə İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərib. Azərbaycan diasporu bu ölkədə aparıcı yer tutur.
- Baxış: 368