![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/nothing-ear-2-500x500.jpeg?itok=L-aij2yh)
Nothing şirkəti özünün Ear (2) adlı yeni naqilsiz qulaqlığının təqdimat tarixini rəsmi şəkildə elan edib. Beləliklə, şirkətin rəsmi məlumatına əsasən yeni naqilsiz qulaqlığın online təqdimatı 22 mart tarixində baş tutacaq. Son məlumat sızıntılarına əsasən Ear (2) qulaqlığı xarici görünüşcə Ear (1)-dən heç də fərqlənməyəcək. Yeni qulaqlıqda Dual Connectivity adlı funksiya reallaşdırılmalıdır. Bu funksiya sayəsində qulaqlıq eyni anda iki cihaza qoşula biləcəklər. Bundan əlavə olaraq Nothing Ear (2) ətraf səs-küyün aktiv boğulması funksiyasını əldə etməlidir. Nothing Ear (2)-nin satış qiyməti barəsində hələ heç bir məlumat yoxdur. Lakin güman edilir ki, o, 180$-a kimi satış qiymətinə sahib olacaq.
- Baxış: 500