Azərbaycanda ilk dəfə olaraq Gəncədə yaradılan ekaloji park kompleksi Gəncəçayının sağ sahilində şəhər Yaşıllaşdırma şöbəsinin gülçülük təsərrüfatının sahəsində inşa edilir. Pilot layihə olaraq yaradılan parkda hündürülüyü isə 22 metr olan bina inşa edilir.Artıq beton və metal-konstruksiya işləri tam başa çatıb. Fəsad və daxildə suvaq işləri görülür, isitmə sistemi və digər kommnikasiyalar çəkilir.
Şahin Mehdizadə iş icraçısı: Əsas tikinti işləri görülübdür. İndi fasad işləri qalıbdır. Pnəcərələr qoyulubdur, cəbhələrə hazırlıq işləri gedir. Birinci qat suvaq işləri gedib. Torpaq işləri, o tərəfdə də istixanalara tikiləcəkdir. Metal konstruksiyadır və şüşə ilə hazırlanıb bu biri tərəf beton olacaqdır. Müasir memarlığa uyğundur.
Gəncə çayının sağ sahilində 11 ha ərazidə inşa edilən ekaloji park kompleksində 4 böyük müasir istixana da tikilir. Müxtəlif ərazilərdə hovuzlar, həmçinin transfarmator da olacaqdır. Ərazidə müasir işıqlandırma, oturacaqlar da qoyulacaqdır. Burada iaşə obyektləri və avtomobillərin saxlanması üçün yerlər də yaradılacaq. Ərazidə nadir ağaclar və gül-çiçək, yaşıllıq əkiləcək. Bununla yanaşı, kompleksdə müxtəlif növ balıqlar üçün akvariumun da olacağı nəzərdə tutulur.
Bura ekaloji parkın bir hissəsidir. Burada tikinyi işləri başa çatdıqdan sonra həmin bu ərazidə müxtəlif cür dekorativ ağaclar eləcədə güllər, çiçəklər əkiləcəkdir. İşlər başa çatdıqdan sonra parka gələn sakinlər mıhz burada istirahət edə biləcəklər.
Bununla paralel olaraq Gəncə şəhər Mənzil Komunal Təsərrrüfat İstehsalat birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük təsərrüfatında yetişdirilən mövsümü güllərin, çiçəklərin və ağacların əkini də aparılır. Yaşıllaşdırma işləri şəhərin parkları və yol kənarlarını əhatə edir.
Nüşabə Abbasova işçi: Üç ildir ki, gülçülük sahəsində işləyirəm. Hər növ güllərimiz çiçəklərimiz var. Elə güllərimiz var çiliklərl, elələei də var toxumla yetişdiririk. Bu gülləri də şəhərimizin gözəlləyi üçün veririk
Lalə Mahmudova işçi : Dekabr ayında pirimula güllərimizi qəbul eləmişik. Yetişdirmişik indi də şəhərin gözəlləşməsi üçün yazın gəlişi ilə bağlı şəhərin parklarına, istirahət guşələrinə göndəririk.
Elmar Əzizov MKTİB-nin Yaşıllaşdırma şöbəsinin rəisi: Gəncə şəhərində də biz bütün park və xiyabanlarımızda mövsümü, bahar güllər əkirik. Hazırda Avropa Gənclər parkında 30 mindən artıq pirimula gülləri əkilir. Şəhərin meydan hissəsində, Cavadxan küçəsində və digər yerlərdə də yazın gəlişini bildirən pirimula, viyolalar əkilir. Bizim gülçik sahəmizdə ekaloji park tikilir. Ən müasir istixanalar yaradılır. O istixanalarda bu güllərin yetişdirilməsi bizim üçün daha da asan olacaqdır.
Gəncədə yaz fəslində park və istirahət guşələrinə eləcə də yol kənarlarına ümumilikdə 150 minə yaxın gül-çiçək və 20 minə yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Elnur Vahidoğlu
- Baxış: 242