Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub
"Latviya və Azərbaycan strateji tərəfdaşlardır"
Prezidentlərin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü olub
Azərbaycana rəsmi səfərə gələn Latviya Prezidenti Egils Levitsin rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Egils Levitsi qarşılayıb.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub.
Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında deyib. Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib ki, strateji tərəfdaş kimi addımlar atılır. "Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq” - dövlətimizin başçısı deyib. Azərbaycan Prezidenti latviyalı həmkarını Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumatlandırdığını da bildirib. "Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək. Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir” - Prezident İlham Əliyev qeyd edib.
Prezidentlərin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü də olub.
- Baxış: 169