KepezTV Player
Göygöldə Rayon İcra Hakimiyyəti, Azərbaycan İnsan Resursları Assosiasiyası və Prezident yanına Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə gənclərin kadr potensialının inkişafı istiqamətində tədbir keçirilib. Məqsəd dövlət qulluqçularının peşəkarlığının artırılması və iş keyfiyyətinin yaxşılaşdırılması, eləcə də rayon gənclərinin öz şəxsi inkişaflarının peşəkar təlimçilər vasitəsi ilə artırmaları, müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılmasına töhfə verməkdir. Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, peşə fəaliyyətlərinin artırılması ilə bağlı töhfələr verilib.
- Baxış: 201