Görüntülər Gəncədəki mərkəzi yollardan birindəndir. Göründüyü kimi işıqforda dayanan avtomobillərin önünə keçərək, sürücüdən pul istənilir. Həm hərəkətin intensivliyinə maneə törədir, həm də təhlükəsizliyə. Düzü qaraçıların yaratdığı bu vəziyyət şəhərdə müşahidə edilən adi haldır. Şəhərdə istər piyada, istərsə də avtomobillə hərəkət edən hər kəs bunun şahididir. Görüntülərin çəkildiyi həmin əraziyə yollandığımız zaman da vəziyyəti eyni gördük. Yenə də hərəkət etməkdə çətinlik çəkən nəqliyyat vasitələri, yenə də sürücülərdən pul uman qaraçılar... Qaraçılar əhalinin sonuncu qeydiyyata alınması prosesində hasaba alınmayıb. Başqa sözlə, “havada qalan” bu təbəqə daxili miqrant olduğundan qeydiyyata düşməyib. Amma yenə də onların təxminən 10 minə yaxın olduğu deyilir. Yayılma areallarına gəlincə isə, yeri yurdu bəlli olmayan bu tüfeylilərin daha çox Yevlaxda məskən saldıqları şübhəsizdir. Onların ən məşhur məşğuliyyəti dilənməkdir. Elə qaraçı deyəndə də ilk ağlan gələn dilənib, yaxamızdan aralanmayan olur. Azərbaycanda ən məşhur qaraçı “kateqoriyası” Yevlax qaraçıları sayılsalar da onlar Gəncədə də yox deyillər. Bəs hər kəsin narazı olduğu qaraçılarla bağlı qanun bizə nə deyir ?! Yollarda dilənən, narahatlıq, hətta qorxu da yaradan bu şəxslərlə bağlı nə kimi işlər görülür. Əksəriyyətinin şəxsiyyət vəsiqəsi belə olmadığından görülən tədbirlər nəticə verirmi?
Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Gəncə şəhər baş polis idarəsi və onun tabeli qurumları dilənçiliklə məşğul olan avara və tufeyli həyat tərzi sürən şəxslərlə bağlı mütəmadi olaraq monitpring tədbirləri həyata keçirir.Keçirilən tədbirlər nəticəsində həmiin şəxslər müəyyən olunaraq onlarla profilaktiki söhbətlər aparılır və barələrində qanunamüvafiq tədbir görüldükdən sonra qeydiyyatda olduğu şəhər və rayonlara göndərilir.
Yəni yekun olaraq bu nəticəyə gəlirik ki, məskəni bəlli olmayan qaraçılar üçün dünyanın hər yeri yurddur. Onlar BMT-də bayrağı olan, dövləti olmayan yeganə millətdirlər. Yəni bu o deməkdir ki, “sən o balanın canı”, “sən o qızın ala gözləri” qəpik ver sözlərini çox eşidəcəyik...
- Baxış: 239