KepezTV Player
Yardımlı rayonu ərazisindəki evlərdən birindən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Samir Böyükxanlı müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu olan həmin şəxs ev sahibinin olmadığını bildiyi üçün gecə saatlarında həmin ünvana daxil olub. Oğurladığı qızıl-zinət əşyalarının bir qismi S.Böyükxanlıdan aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 436