• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 16.02.2023 17:29

Güney azərbaycanlı fəala ağır cəza verilib

KepezTV Player

İranda molla rejiminin xalqa qarşı zorakı münasibəti davam edir. Rejim qüvvələri etiraz aksiyasının iştirakçılarına qarşı məhkəmə orqanlarında ədalətsiz qərarlar verir. Son olaraq Güney Azərbaycanın Ərak şəhərindən olan ictimai fəallardan Mina Yəqubi 11 il həbs, 85 şallaq və 2 il sürgün cəzasına məhkum edilib. Məlumata görə, o ölkədə keçirilən etirazlara qatıldığı üçün həbs olunub. O, ötən ilin oktyabrında girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb. Mna Yəqubi günahsız olduğu üçün əfv ərizəsi yazmaqdan imtina etdiyini, təcridxanada olduğu müddətdə hər gün 12 saat təzyiqlər altında dindirildiyini vurğulayıb. O, təcridxanadan çıxdıqdan sonra ağır döyüldüyünü göstərən fotolarını paylaşıb.