Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri, Lənkəran, Xaçmaz və Astara rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Brakonyerlərin Neftçala sakini Yasər Yusubov, Xaçmaz sakinləri Tacir Kəlbixanov, Ravil Əlixanov, Lənkəran sakini Əlizadə Əliyev, Astara sakini Ramiz Rəhmanov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Su hövzələrindən ümumilikdə 460 metr uzunluğunda 5 ədəd sintetik tor yığışdırılıb. Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, Qusar sakini Namik Sərkərov, Gəncə sakini Niyaməddin Vəliyev, Şirvan sakini Samir Məmmədov, Bakı sakini Səməd Səmədzadə, Masallı sakini Elvin Əkbərov, Ağcabədi sakinləri Şaiq Ələkbərov və Şıxəli Vəliyev saxlanılıb. Təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
- Baxış: 227