![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/google_stock.jpeg.jpg?itok=S5V2o8fG)
“Google” şirkəti yazılı mətnləri musiqiyə çevirən yeni proqram hazırlayıb. Bu proqram "MusicLM" adlanacaq.
Proqram süni intellekt texnologiyası əsasında hazırlanıb. Onun, həm səs keyfiyyəti, həm də mətn təsviri baxımından əvvəlki sistemlərdən üstün olduğu qeyd olunur.
"MusicLM" hətta insan vokalını simulyasiya edə bilər, lakin səslər insan səsi ilə müqayisədə hələ də tam oxşarlıq yaratmayıb.
Tətbiq hələ ki, istifadəyə verilməyib.
- Baxış: 446