İrandakı Səfirliyimizdə törədilən hadisə ilə dövlət səviyyəsində icra edilən “siyasi terror”dur. Bunu hər dəm əsas mövzudan yayındırmağa, müxtəlif media orqanları vasitəsilə tirajlamağa çalışsalar da molla rejimi bu dövlət terroru ilə Azərbaycanın İsraildəki Səfirliyinin fəaliyyətini əngəlləməyə, Azərbaycana öz aləmində əzələ nümayiş etdirməyə dair uğursuz həmlə etdi. İndi daha aydın olur ki, Londonda Səfirliyimizə qarşı olan hücumun arxasında da molla rejimi dayanıb. Həmin hücumu törədən qruplaşma İran fanatları olan qruplaşma ilə yaxın münasibətlərə malikdir. Bu bir daha onu təqdiqləyir ki, İrandakı mövcud rejim bir qayda olaraq düşmənçilik apardığı siyasi hakimiyyətlərə qarşı “narazı kütlə” hazırlamağa çalışır. Bura təkcə dini fanatiklər deyil, həm də narazılığı təşkil etmək üçün digər alətlər də daxil edilir.
Yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı İran mediası yayıb. Cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir. Həmçinin məlum olub ki, Azərbaycan Respublikasının səfirliyində terror aktı törədən cinayətkar azı bir ay müddətinə Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək. Bütün bu faktlar nə deməyə əsas verir ?! Birmənalı şəkildə onu deməyə əsas verir ki, Tehran cinayətkarı himayəsi altına alır və bununla da terrorizmi bir daha dəstəkləyir. Siyasi analitik Qabil Hüseynli xəbəri Kəpəz Televiziyasına şərh edib. Onun sözlərinə görə Yasin Hüseynzadə vaxtilə SEPAH-ın üzvü olub, SEPAH dəstələrində terrorizm üzrə təcrübə keçib. Məqsədi isə bütün səfirlik əməkdaşlarını və ailə üzvlərini öldürmək imiş. Belə birini isə həbsxanaya salmaq əvəzinə, xəstəxanaya yerləşdiriblər ki, guya ruhi xəstədir.
- Baxış: 253