Onlar düz 200 ildir ermənilər tərəfindən başlarına gətirilən müsibətlərə dözüblər. Zülmün, haqsızlığın qurbanına çevriliblər. Ölkə başçısının Qərbi azərbaycanlıların dədə-baba torpağına qayıdacaqları müjdəsini verməsi və qayıdış konsepsiyasının qəbul edilməsi onların sönmüş ümidlərini alovlandırıb.
Mənim bu 1980-ci ildə olan toyumun şəkilləridir. Görürsüz çoxlu adamlar var. Köhnə adət-ənənələrə uyğun olaraq gəlinin qabağında qoç kəsilir. Bu da bizim adət-ənənələrdən biridir. Gələcəkdə ailənin Allahdan arzu edirlər.
Bu ağ qara foto Vedi rayonun Alməmmədli kənd sakini Valeh Zeynalovun düz 43 il bundan əvvəl baş tutan toyunda çəkilib. Qohum əqrəbanın, qonşuların, yaxınların iştirak etdiyi bu toy 72 yaşlı Valeh dayının həyatında unudulmaz günlərdən biridir. Deyir bütün el oba o toyda iştirak edirdi. İndi kino lenti kimi keçir gözü önündən o xoş günlər.
Valeh Zeynalov Vedi rayonunun Alıməmmədli kənd sakini: Alməmmədli kəndi Arazın Türkiyə ilə sərhəddində yerləşirdi. Çox gözəl təbiəti çayları var idi. Vedi rayonun dağlarına getdikcə adam ləzzət alırdı. Gözəl çəmənlikləri, dərman bitkiləri ilə zəngin olan bir yer idi. Hazırda oraları yada salanda burnumuzun ucu göynəyir. Orda olmaq, təbiəti seyr etmək gözəl olardı.
Samux rayonun Ağasıbəyli kəndinə erməni zülmündən qaçıb pənah gətirənlərdən biri də Basarkeçər rayonun Aşağışorca kənd sakinləridir. 35 il bundan əvvəl dədə-baba yurdundan didərgin düşən 20-ə yaxın ailə bu kənddə məskunlaşıb. Ermənilərin onların başına gətirdikləri müsibəti, zülmü hələ də yaddan çıxara bilmirlər.
Teyyub Rüstəmov Basarkeçər rayonunun Aşağışorca kənd sakini: 1988-ci ildə Qərbi Azərbaycanda olan azərbaycanlıların hamısı departasiyya olundu. Basarkeçər rayonun Aşağışorca kəndində olan bizim soydaşların hamısı köç etdilər. İnsanlar çox əziyyət çəkdilər. Qış vaxtı idi, dekabr ayı idi. Yollar hamısı qar idi. Ermənilər bir tərəfdən, yolun qar olması bir tərəfdən texnikanın azlığı bir tərəfdən insanlar ancaq balalarını götürüb ermənilərin əlindən qaçırdılar.
Telman Musayev Basarkeçər rayonunun Aşağışorca kənd sakini: Hər oyunları açırdılar. Elə çalışırdılar ki, azərbaycanlıları pisikdirələr. Adicə rayona mal bazarına gedirdin camaata ilişirdilər, yaxşı münasibət göstərmirdilər. O qədər öldürülürdü ki, kimə deyəcəydinki?
BU müddət ərzində onlara veriləcək ümidin, söyləniləcək şad xəbərin həsrəti ilə yaşayıblar Qərbi azərbaycanlı soydaşlarımız. Qulaqları səsdə, gözləri yolda olub. Nəhayət ölkə başçısının verdiyi müjdəli xəbər eləcə də qəbul edilən qayıdış konsepsiyası onların həyatına yenilik gətirib.
Teyyub Rüstəmov Basarkeçər rayonunun Aşağışorca kənd sakini: 2022-ci ilin dekabr ayında cənab prezidentin Qərbi azərbaycanlılardan olan ziyalılarla görüşü keçirildi. Həmin görüşdə Qərbi azərbaycanlıların Azərbaycana qayıdış konsepsiyası işlənib hazırlanıbdır, təstiq olundu. Doğrudanda çox sevindircidir. Mənim bu yaşım olmasına baxmıyaraq deyirəm Allah mənə bir az da ömür versin gəlim o vaxta çatım, gedim öz torpağımı görüm.
Valeh Zeynalov Vedi rayonunun Alıməmmədli kənd sakini : Mən şəxsən cənab prezidentin bu təşəbbüsünü alqışlayıram, bəyənirəm. Ora qayıdışın birinci adamı mən olmaq istərdim.
Söylənən sözlərlə yanaşı görülən işlər bir daha Qərbi Azərbayacna qayıdacağımız günün yaxında olacağından xəbər verir.
Elnur Vahidoğlu
- Baxış: 230